...

Azərbaycanlı generalın qətli ilə bağlı cinayətin işinin açılması üçün beynəlxalq ekspertlər cəlb edilib - baş prokuror

Siyasət Materials 1 Oktyabr 2009 11:02 (UTC +04:00)
"Rail Rzayevin qətl hadisəsi ilə bağlı onun köməkçisi Aydın Rəfiyev, yaveri Anar Həşimov və hərbi hissələrin bəzi əməkdaşları cinayət məsuliyyətinə cəlb edilib. Lakin sonradan onlar haqqında həbs qətimkan tədbiri dəyişdirilib. Bu cinayət işi dövlət başçısının nəzarətindədir və Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin peşəkar ekspertləri işə cəlb olunub", - Qaralov əlavə edib.
Azərbaycanlı generalın qətli ilə bağlı cinayətin işinin açılması üçün beynəlxalq ekspertlər cəlb edilib - baş prokuror

Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanlı generalın qətli ilə bağlı cinayətin işinin açılması üçün beynəlxalq ekspertlər cəlb edilib və mürəkkəb ekspertizalar həyata keçirilir, Trend -un məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə baş prokuror Zakir Qaralov məlumat verib.

"Rail Rzayevin qətl hadisəsi ilə bağlı onun köməkçisi Aydın Rəfiyev, yaveri Anar Həşimov və hərbi hissələrin bəzi əməkdaşları cinayət məsuliyyətinə cəlb edilib. Lakin sonradan onlar haqqında həbs qətimkan tədbiri dəyişdirilib. Bu cinayət işi dövlət başçısının nəzarətindədir və Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin peşəkar ekspertləri işə cəlb olunub", - Qaralov əlavə edib.

Rzayev  fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan bir atəşlə qətlə yetirilib. Qətllə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən CM-in tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə (120.2.5) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228-ci) maddələri ilə cinayət işi başlanıb.

Qaralov deyib ki, generalın ölümündən dərhal sonra onun iş otağına müdaxilə olunub, bəzi maddi əşyalar oğurlanıb. "Bu cinayətin gizlədilməsi və ört-basdır edilməsi istiqamətində Aydın Rəfiyev başda olmaqla işlər görülüb. Onlar bu cinayətə görə məsuliyyətə cəlb olunub. İstisna etmirik ki, onun bu cinayətdə iştirakı hər hansı bir formada mövcuddur", - baş prokuror əlavə edib.

Xəbər lenti

Xəbər lenti