...

Azərbaycanda korrupsiya cinayətlərinə görə 136 şəxs məsuliyyətə cəlb edilib

Siyasət Materials 1 Oktyabr 2009 11:32 (UTC +04:00)
Azərbaycanda korrupsiya cinayətlərinə görə 136 şəxs məsuliyyətə cəlb edilib, Trend News-un məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə baş prokuror Zakir Qaralov bildirib
Azərbaycanda korrupsiya cinayətlərinə görə 136 şəxs  məsuliyyətə cəlb edilib

Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda korrupsiya cinayətlərinə görə 136 şəxs  məsuliyyətə cəlb edilib, Trend -un məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə baş prokuror Zakir Qaralov bildirib.

Qaralovun sözlərinə görə, bu ilin doqquz ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 85 cinayət işinin istintaqı yekunlaşıb. Hazırda 32 cinayət işinin istintaqı aparılır.

Prokuror deyib ki, Prezidentin 22 iyun tarixli sərəncamı ilə büdcə və bələdiyyə əmlakının idarə edilməsi sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizə gücləndirilib.

Xəbər lenti

Xəbər lenti