...

Azərbaycan Rusiyanın AŞ PA-da səlahiyyətlərinin dondurulmasının lehinə səs verməsi barədə yayılan məlumatı təkzib edib

Siyasət Materials 2 Oktyabr 2009 14:16 (UTC +04:00)

Fransa, Strasburq, 2 oktyabr / Trend , müxbir A.Məhərrəmli/

Azərbaycan Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) səlahiyyətlərinin dondurulması ilə bağlı səsvermədə Rusiyanın əleyhinə səs verməsi barədə yayılan məlumatı təkzib edib.

"Bu, tamamilə düzgün məlumat deyil. Mən bü gün Rusiya nümayəndə heyətinin sədri Konstantin Kozaçevlə söhbət etmişəm. Kozaçev özü də bəzi Rusiya KİV-lərinin məlumatını təkzib edib. Səsəvermənin nəticələri də bunu göstərir. İnternetdə səsvermə ilə bağlı bütün nəticələr var", - cümə günü Trend -a AŞ PA-nın vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyərinin rəhbəri Səməd Seyidov bildirib.

AŞ PA son sessiyasında Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətlərini yenidən təsdiq edib. Beləliklə, AŞ PA üzv olan 70 nümayəndənin Rusiyanın Strasburqdakı səlahiyyətlərinin dondurulması təşşəbüslərini rədd edib.

Rusiyanın bəzi KİV-ləri guya Azərbaycanın səsvermədə Rusiyanın əleyhinə səs verdiyi barədə məlumat yayıb.

Seyidov deyib ki, Azərbaycan nümayəndə heyəti öz mövqeyini yalnız bu sessiyada yox, AŞ PA-nın Monitorinq Komitəsinin Strasburq və Parisdə keçirilən iclaslarında da dəfələrlə ifadə edib.

"Biz Rusiyanın Avropa Şurasından çıxarılmasının əleyhinəyik. Bunu səsvermənin nəticələri də göstərir. Yəqin hansısa qurumlar istəyir ki, Azərbaycana hansısa problemlər yaratsın", - Seyidov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti