...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarı ilə görüşüb

Siyasət Materials 3 Oktyabr 2009 12:06 (UTC +04:00)
Oktyabrın 2-də Prezident İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına gələn Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev ilə görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarı ilə görüşüb

Oktyabrın 2-də Prezident İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına gələn Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev ilə görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev bu zirvə görüşünün əhəmiyyətini vurğulayaraq bildirib ki, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü xalqlarımız və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Ölkələrimiz arasında ikitərəfli məsələlərə toxunan dövlət başçısı əlaqələrimizin dinamik inkişaf etdiyini, iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib və qeyd edib ki, Qırğızıstan Prezidentinin ölkəmizə bu səfəri ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir.
Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün əhəmiyyətini qeyd edib və bildirib ki, bu görüş türkdilli ölkələr arasında əlaqələrin genişlənməsinə töhfə verir.
Kurmanbek Bakiyev Azərbaycana ilk səfərini Naxçıvana etdiyini vurğulayıb və xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin daim əziz tutulduğunu deyib.
Qırğızıstan dövlətinin başçısı bildirib ki, onun bu səfəri ikitərəfli əlaqələrin genişlənməsinə xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti