...

Fransa Prezidenti Qazaxıstana rəsmi səfər edəcək

Siyasət Materials 5 Oktyabr 2009 11:19 (UTC +04:00)
Oktyabrın 6-da Fransa Prezidenti Nikolya Sarkozinin Astanaya səfəri gözlənilir, bu barədə Trend News-a QR XİN-in mətbuat xidmətindən xəbər verilib.
Fransa Prezidenti Qazaxıstana rəsmi səfər edəcək

Qazaxıstan, Astana, 05 oktyabr /Trend New, müxbir K.Konırova/

Oktyabrın 6-da Fransa Prezidenti Nikolya Sarkozinin Astanaya səfəri gözlənilir, bu barədə Trend -a QR XİN-in mətbuat xidmətindən xəbər verilib.

Xarici siyasət idarəsinin press-relizinə əsasən, Fransa Prezidentinin təyyarəsi Qazaxıstanın paytaxtında Astana vaxtı ilə saat 8.30-da olmalıdır. Proqrama əsasən, həmin gün Sönməz məşəlin qarşısına gül qoyulacaq və Prezidentlər xiyabanında ağaclar əkiləcək. Sonra isə Müstəqillik Sarayına baxış keçiriləcək və Astananın baş planı ilə tanışlıq olacaq.

"Həmin gün Fransa Prezidenti Nikolya Sarkozi Astananı tək edəcək", - QR XİN-in press-relizində deyilir.

Səfər çərçivəsində Qazaxıstan-Fransa biznes-forumu keçiriləcək, bu barədə Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Tədbirin keçirilməsinin əsas məqsədi iki ölkənin ticari-iqtisadi məsələlərin müzakirəsi, işgüzar əlaqələrin qurulması, birgə istehsalatların yaradılması, iki ölkə ərazisində iqtisadiyyatın müxtəlif sahələrində investisiya layihələrinin həyata keçirilməsidir", - Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Forumda iki dövlət başçısının, həmçinin iqtisadiyyatın səhiyyə, bank sektoru, energetika, nəqliyyat, sənaye və s. sahələrini əhatə edən rəsmi və işgüzar dairələrin nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti