Gürcüstan, Tbilisi, 05 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/
Gürcüstanın cəzaların icrası, probasiya və hüquqi yardım naziri Dmitri Şaşkin bu gün ABŞ-a rəsmi səfərə yollanır.
Nazirlikdən bildirildiyi kimi, ABŞ-a səfəri zamanı Şaşkin ABŞ-ın həbsxanalar departamentinin nümayəndələri, vaxtından əvvəl azad edilmə üzrə komissiyanın, Ədliyyə Departamentinin və ABŞ-ın Dövlət Departamentinin nümayəndələri ilə görüşlər keçirəcək.
Görüşlər zamanı Mixayıl Saakaşvilinin elan etdiyi ikinci demokratiya dalğası məsələləri müzakirə olunacaq. Bu müzakirələr həm Dövlət Departamentinin rəsmi nümayəndələri, həm də ABŞ-ın qeyri-hökumət sektorunun nümayəndələri ilə keçiriləcək.
Vaşinqtonda həmçinin Şaşkinin ABŞ-ın Mİlli Təhlükəsizlik Şurasının baş direktoru Maykl Makfol və ABŞ dövlət katibinin müavininin Rusiya və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanov ilə görüşü planlaşdırılıb.
Nazir həmçinin Corctaun Universitetinə və Marşal Fonduna baş çəkəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]