...

İranın Rəşt şəhərində "Xəzər dənizi" qurultayı keçiriləcək

Siyasət Materials 5 Oktyabr 2009 16:34 (UTC +04:00)
İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mehdi Sənayi bildirib ki, oktyabrın 8-də "Xəzər dənizi" elmi qurultayı İranın xarici işlər naziri Mənuçöhr Müttəkinin iştirakı ilə Rəşt şəhərində keçiriləcək.
İranın Rəşt şəhərində "Xəzər dənizi" qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir T.Cəfərov/

İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mehdi Sənayi bildirib ki, oktyabrın 8-də "Xəzər dənizi" elmi qurultayı İranın xarici işlər naziri Mənuçöhr Müttəkinin iştirakı ilə Rəşt şəhərində keçiriləcək. Məlumatı İranın İRNA xəbər agentliyi yayıb.

Sənayi əlavə edib ki, qurultay İran Parlamentinin təşəbbüsü ilə Xəzər məsələlərinin, xüsusilə də Xəzərin statusu, enerji, sahil və ekologiya məsələlərinin araşdırılması məqsədilə keçirilir.

Qurultayda İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləri, İranın xarici işlər nazirinin müavinləri, Neft, Nəqliyyat, Ekologiya və Gömrük nazirliklərinin, eləcə də İranın Limanlar və Gəmiçilik İdarəsinin rəsmiləri iştirak edəcəklər.

Sənayi əlavə edib ki, İran Parlamenti Xəzər dənizi ilə bağlı çalışan orqanlarla yaxından əməkdaşlıq etməklə Xəzər dənizi barədə dəqiq və şəffaf mövqe bildirəcək. "Qurultayın keçirilməsi parlamentin Xəzər dənizi ilə bağlı mövqeyinə kömək edəcək", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti