...

AŞ Gürcüstanı sonadək dəstəkləməlidir - Danimarka XİN

Siyasət Materials 6 Oktyabr 2009 13:08 (UTC +04:00)
Bu gün Gürcüstan Parlamentinin sədri David Bakradze və Danimarkanın xarici işlər naziri Per Stinq Meller işğal olunmuş ərazilərdəki vəziyyət və münaqişənin həlli yollarını müzakirə ediblər.
AŞ Gürcüstanı sonadək dəstəkləməlidir - Danimarka XİN

Gürcüstan, Tbilisi, 05 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan Parlamentinin sədri David Bakradze və Danimarkanın xarici işlər naziri Per Stinq Meller işğal olunmuş ərazilərdəki vəziyyət və münaqişənin həlli yollarını müzakirə ediblər.

Görüşdən sonra Bakradzenin jurnalistlərə verdiyi məlumata görə, gürcü-rus münasibətinin detalları, hələ də mövcud olan təhlükələr və onların neytrallaşdırılmasında AŞ-nın rolu müzakirə olunub.

Onun sözlərinə görə, Danimarka xarici işlər naziri deyib ki, AŞ Gürcüstanı sonadək dəstəkləməlidir, ona görə yox ki, bu, Gürcüstana lazımdır, ona görə ki, bu, AŞ-ya lazımdır.

Meller sabah Suxumiyə yola düşəcək və Bakradzenin dediyinə görə, o, tərəflər arasında əlaqə yaratmağın mümkün olub-olmadığını aydınlaşdırmağa çalışacaq. Spiker deyib ki, Rusiya hərbi qüvvələri Gürcüstan ərazisindən çıxarılmayınca, abxazlarla birbaşa əlaqənin qurulmasının mümkünlüyü inandırıcı deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti