...

Bu gün axşam ABŞ-ın yeni səfiri Tbilisiyə gələcək

Siyasət Materials 13 Oktyabr 2009 16:48 (UTC +04:00)
Bu gün axşam ABŞ-ın Gürcüstandakı yeni səfiri Con Bas Tbilisiyə gələcək. Bu barədə ABŞ səfirliyi məlumat verib.
Bu gün axşam ABŞ-ın yeni səfiri Tbilisiyə gələcək

Gürcüstan, Tbilisi, 13 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gün axşam ABŞ-ın Gürcüstandakı yeni səfiri Con Bas Tbilisiyə gələcək. Bu barədə ABŞ səfirliyi məlumat verib.

Bas 2005-ci ildən Gürcüstanda səfir postunda işləyən Con Tefti əvəz edib. Onun səlahiyyət müddəti sentyabrın əvvəlində başa çatıb. Keçmiş səfir Gürcüstanı sentyabrın 8-də tərk edib. O, diplomatik karyerasını Ukraynada davam etdirəcək.

ABŞ-ın Gürcüstandakı beşinci səfiri Con Bas təcrübəli diplomatdır. O, öz diplomatik karyerasına 1988-ci ildə başlayıb. İxtisasca hüquqşünasdır, bir neçə kitabın müəllifidir. Bas ABŞ dövlət katibi köməkçisi aparatının rəhbəri olub, Türkiyə-Kipr münaqişəsinin həllində, həmçinin NATO və Rusiya arasında Avropada adi silahların azaldılması mövzusunda aparılan danışıqlar prosesində iştirak edib.

O,I 2008-ci ilin uyul ayından İraq paytaxtının yenidən qurulması üzrə dövlət komissiyasına rəhbərlik edib. O vaxta qədər isə, üç il müddətində Dövlət Departamentinin ABŞ səfirliyi əməkdaşları və onların əmlaklarının fövqəladə hallarda təhlükəsizliyini təmin edən operativ mərkəzinə rəhbərlik edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti