...

Tbilisidə Küveyt səfirliyi açılacaq

Siyasət Materials 14 Oktyabr 2009 18:22 (UTC +04:00)
Bir neçə həftədən sonra Tbilisidə Küveyt səfirliyi açılacaq. Bu ölkənin gələcək səfiri Fahad Hacer əl-Mutar jurnalistlərə deyib ki, ona iki həftədən sonra rəsmi səfir statusu veriləcək.
Tbilisidə Küveyt səfirliyi açılacaq

Gürcüstan, Tbilisi, 14 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bir neçə həftədən sonra Tbilisidə Küveyt səfirliyi açılacaq. Bu ölkənin gələcək səfiri Fahad Hacer əl-Mutar jurnalistlərə deyib ki, ona iki həftədən sonra rəsmi səfir statusu veriləcək.

"Mən bir neçə həftədən sonra Gürcüstana gələcəyəm. Düşünürəm ki, mənim çoxlu işim olacaq. Ümid edirəm ki, Gürcüstana geniş Küveyt investisiyası yatırılacaq", - o deyib.

Gürcüstanın Küveytdə olan nümayəndə heyətindən verilən məlumata görə, Gürcüstana olan marağın artması və Tbilisidə Küveyt səfirliyinin açılması iki ölkə arasında daha sıx əlaqələrin inkişafına kömək edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti