...

İran Xəzər dənizində dəniz mühafizə komandanlığı yaradır

Siyasət Materials 15 Oktyabr 2009 12:42 (UTC +04:00)
İran hüquq-mühafizə qüvvələrinin komandanı general İsmayıl Əhmədi Müqəddəm bildirib ki, İran Silahlı Qüvvələri Qərargahı Xəzər Dənizində “Şimal Dəniz Mühafizə Komandanlığı” yaradılması ilə bağlı qərar qəbul edib və ilin sonunadək bu komandalıq Xəzərdə təşkil ediləcək. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
İran Xəzər dənizində dəniz mühafizə komandanlığı yaradır

İran hüquq-mühafizə qüvvələrinin komandanı general İsmayıl Əhmədi Müqəddəm bildirib ki, İran Silahlı Qüvvələri Qərargahı Xəzər Dənizində "Şimal Dəniz Mühafizə Komandanlığı" yaradılması ilə bağlı qərar qəbul edib və ilin sonunadək bu komandalıq Xəzərdə təşkil ediləcək. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"Xəzər dəniz mühafizə komandanlığı Xəzərin mühafizəsi üçün İranın Şimal bölgəsində üç əyaləti özündə birləşdirən bütöv bir komandanlıq olacaq və hər üç əyalətdə qərargahları yerləşdiriləcək", - deyə Müqəddəm cümə axşamı İranın Rəşt şəhərində deyib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti