...

Azərbaycan Prezidenti İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılış mərasimində iştirak edib

Siyasət Materials 15 Oktyabr 2009 14:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Hövsan qəsəbəsində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı və minik avtomobillərinin açarlarının təqdim edilməsi mərasimində iştirak edib, cümə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Hövsan qəsəbəsində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı və minik avtomobillərinin açarlarının təqdim edilməsi mərasimində iştirak edib, cümə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.

Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim edib.

Dövlət başçısı, həmçinin müharibə veteranlarına və əlillərinə "Tavriya" markalı avtomobillərin açarlarını verib. Sonra mənzillərlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, binanın tikintisinə 2007-ci ildə başlanıb. Binanın yerləşdiyi ümumi ərazi 0,25 hektar, tikintinin ümumi sahəsi isə 1790 kvadratmetrdir. Yaşayış binasının ətrafında abadlıq və yaşıllaşdırma işləri də aparılıb. Doqquzmərtəbəli binada 81 mənzil vardır. Bu mənzillərin 72-si iki, 9-u isə üç otaqlıdır.

Prezident İlham Əliyev yeni mənzilllərin və avtomobillərin sahiblərini təbrik edib, onlara cansağlığı, xoşbəxtlik arzulayıb.

Sonra dövlətimizin başçısı sükan arxasına keçərək, avtomobili sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti