...

Qazaxıstanda qazax dilinin inkişafı üçün işlər gücləndiriləcək

Siyasət Materials 20 Oktyabr 2009 20:25 (UTC +04:00)
Qazaxıstanda qazax dilinin inkişafı üçün işlər gücləndiriləcək. Bu barədə çərşənbə axşamı xarici işlər naziri - dövlət katibi Kanat Saudabayev Ağ Ordada deyib.
Qazaxıstanda qazax dilinin inkişafı üçün işlər gücləndiriləcək

Qazaxıstan, Astana, 20 oktyabr / Trend , müxbir K.Konırova/

Qazaxıstanda qazax dilinin inkişafı üçün işlər gücləndiriləcək. Bu barədə çərşənbə axşamı xarici işlər naziri - dövlət katibi Kanat Saudabayev Ağ Ordada deyib.

"Respublikada 64 qazax dili öyrənmə mərkəzi var. 2011-ci ildə onların sayı 120-yə çatdırılacaq", - o deyib.

"Qazaxıstanda 3784 məktəbdə qazax dili tədris olunur, şagirdlərin 61 faizindən çoxu dövlət dilində oxuyurlar. Onlardan da 25 mini qeyri-qazax millətinin nümayəndələridir", - xarici işlər naziri - dövlət katibi deyib.

Onun sözlərinə görə, bu gün sayı 20 min olan uşaq bağçaları da diqqətdən kənarda qalmayıb. Bu bağçalarda müxtəlif millətlərə məxsus uşaqlar qazax dilini öyrənirlər.

"Qazax olmayan bir çox valideynlər uşaqlarını qazax məktəb və bağçalarına göndərirlər. Bu o deməkdir ki, qazax dilinin gündəlik ünsiyyət dili kimi işlədən nəslimiz yetişir", - Saudabayev deyib.

2008-ci ildə qazax dilinin inkişafı üçün 5,1 milyard təngə (1 dollar=150 təngə) ayrılmışdı.

"Bütün bunlara Qazaxıstan sarsılmadan və münaqişəsiz nail olub. Ona görə də biz qazax dilinin inkişafını əsassız yerə tənqid edənlərlə mübarizə aparacağıq", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti