...

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 21 Oktyabr 2009 20:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi; Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılması və maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirilməsi tapşırılıb.

Dövlət başçısının digər bir sərəncamı ilə Babayev Elçin Səfəralı oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Xəbər lenti

Xəbər lenti