...

Azərbaycanın müxalifət partiyasının sədri Türkiyənin müxalifət liderlərinə məktub ünvanlayıb

Siyasət Materials 22 Oktyabr 2009 17:36 (UTC +04:00)
"Millət vəkili Sabir Rüstəmxanlı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykala və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya məktubunda təşəkkürünü bildirib", - cümə axşamı Trend News-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidmətindən bildirilib.
Azərbaycanın müxalifət partiyasının sədri Türkiyənin müxalifət liderlərinə məktub ünvanlayıb

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının sədri Türkiyənin iki partiyasının liderinə məktub yazıb.

"Millət vəkili Sabir Rüstəmxanlı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykala və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya məktubunda təşəkkürünü bildirib", - cümə axşamı Trend -a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Rüstəmxanlı yazıb ki, Türkiyə və Azərbaycan türk millətinin iki dövləti olaraq çətin bir dönəmdən keçir. "Cənubi Qafqazda son dayaqlarını itirmək istəməyən Rusiyanın yardımı ilə Ermənistanın bir dövlət olaraq türk torpaqlarında qurulması azmış kimi, Azərbaycanın daha 20 faiz torpağını işğal edib, bir milyon insanımız qaçqın vəziyyətində yaşamaqdadır. Türkiyə Cümhuriyyəti Avropa Birliyinə girmək üçün müxtəlif "islahat" və "açılım" kimi nəticəsi bəlli olmayan riskli bir yola sürüklənməkdədir", - məktubda əlavə olunur.

VHP sədri Baykala məktubunda qeyd edir ki, bunlar azmış kimi, son günlərdə Türkiyə və Ermənistan arasında protokolların imzalanması və bunun ardınca hər iki ölkədəki bayraq təxribatları millətimizi məyus edib. "Belə çətin dönəmdə özünü siyasətçi, elm adamı, ziyalı sayan hər bir Türkiyə və Azərbaycan vətəndaşının ən ümdə işi ölkələrimizin başının üstünü almış bu işğal, xəyanət, irtica, cəhalət, təslimçilik qorxusu və faciəsinə qarşı çıxmaq, böyük türk millətinin şərəfini, ölkələrimiz arasındakı birlik və qardaşlığı qorumaqdır. Sizin bir partiya sədri, ana müxalifət lideri olaraq verdiyiniz mücadilə, apardığınız ardıcıl mübarizə son dərəcə önəmlidir, tarixi bir işdir, ən yüksək sevgi və sayğıya layiqdir. Siz Türkiyədə Azərbaycanı müdafiə etməklə həm də Türkiyənin qürurunu, gələcəyini və Türk Dünyasına olan ümidlərimizi, haqqı və ədaləti müdafiə edirsiniz", - məktubda vurğulanır.

Rüstəmxanlının MHP sədrinə məktubunda isə qeyd olunur ki, türk millətininn iki dövləti olan Türkiyə və Azərbaycanı uçuruma doğru sürükləyənlər qarşısında özünüzün və rəhbərlik etdiyiniz partıyanın mərd və cəsur duruşu, ədalətli, ardıcıl, yorulmaz mücadiləsi Azərbaycanın qanayan yaralarına bir məlhəmdir. "Türkiyə və Ermənistan arasında protokol təxribatından sonra millətimiz və dövlətlərarası münasibətlərimiz yeni bir imtahan qarşısında qalıb. Bu zor günlərdə sizin tutduğunuz ədalətli mövqe və Azərbaycanın haqlarını müdafiə edən əsl qardaşlıq durumunuz Türkiyəyə, Azərbaycana və türklüyə xidmətin dəyərli bir örnəyidir", - Rüstəmxanlı xatırladır.

Vətəndaş Həmrəyliyi Partiyası Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il sentyabrın 26-da bir qrup ziyalı tərəfindən yaradılıb. 1992-ci il noyabrın 3-də dövlət qeydiyyatına alınan VHP 1995, 2000, 2005-ci illərdə parlament, 2003-cü il prezident, 1999, 2004-cü il bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi S. Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkisində isə prezidentliyə namizəd olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti