...

Meksika Azərbaycan ilə energetika sahəsində əməkdaşlıqda maraqlıdır

Siyasət Materials 23 Oktyabr 2009 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir M.Əliyev/

Meksika Azərbaycan ilə energetika sahəsində əməkdaşlıqda maraqlıdır, bu ölkənin Prezidenti Felipe Kalderon Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov ilə görüşdə bildirib.

Azərbaycanın energetika siyasətində maraqlı olduğunu qeyd edən Kalderon bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib, bu barədə Trend -a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Səfir təyin edilməsi haqda etimadnaməsini Meksika Prezidentinə təqdim edib. Diplomat bu ölkə başçısını Azərbaycanın xarici siyasətinin prioritetləri, iqtisadiyyatın atım templəri, enerji siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırıb.

Prezident Kalderon Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli və regionda sülhün bərqərar olacağına əminliyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti