...

Aşqabadda Xəzərin statusu müzakirə ediləcək - Azərbaycan XİN rəhbərinin müavini

Siyasət Materials 23 Oktyabr 2009 20:09 (UTC +04:00)
Xəzərin statutusu məsələsi 5-6 noyabrda Türkmənistan paytaxtı Aşqabadda müzakirə ediləcək. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Aşqabadda Xəzərin statusu müzakirə ediləcək - Azərbaycan XİN rəhbərinin müavini

Azərbaycan, Bakı 23 oktyabr / Trend , müxbir Ü.Sadıxova/

Xəzərin statutusu məsələsi 5-6 noyabrda Türkmənistan paytaxtı Aşqabadda müzakirə ediləcək. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Bizim İran tərəfi ilə Xəzər dənizinin və onun dibinin bölünməsinin hüquqi statusuna dair razılaşmamız var və ümid edirik ki, Türkmənistanla da konsensus əldə ediləcək. 5-6 noyabrda Aşaqbadda Xəzərin statusuna dair müzakirə aparılacaq", - Xələfov cümə günü Xəzər regionunda təhlükəsizlik məsələləri üzrə görüşün yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Çərşənbə axşamı və cümə günü Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Xəzər regionunda təhlükəsizliyin müzakirəsinə dair görüşü keçirilib.

Xələfovun sözlərinə görə, Xəzərin statusu müəyyən edilməsə də, Xəzəryanı ölkələrə Xəzərdə təhlükəsizliyin təmin edilməsi üzrə layihələrin həyata keçirilməsinə maneçilik törətmir.

"Bu gün ekologiya və nəqliyyat sahələrində həyata keçirilən layihələr, sərhəd xidməti əməkdaşlığı, daxili orqanlar Xəzəryanı ölkələrdə yaşayan xalqların rifahını yaxşılaşdırmağa xidmət edir", - nazir müavini deyib.

Bu layihənin Xəzəryanı ölkələrdə silahlandırılmanın azalmasına təsir məsələsinə gəlincə, Xələfov deyib ki, "bu, həmin dövlətlərin suveren hüquqlarıdır, biz yalnız bu məsələdə təhlükəsizliyin təmin edilməsi üzrə əməkdaşlıq edə bilərik".

"Təhlükəsizlik məsələlərini yalnız beş Xəzəryanı ölkə həll edə bilər, lakin biz təhlükəsizlik məsələləri üzrə beynəlxalq əməkdaşlığı dəstəkləyirik", - Xələfov deyib.

Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbi yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli razılaşmalar var. Tərəflər həmçinin bölüşdürücü xətlərin koordinatlarının müəyyənləşdirilməsi üzrə vahid fikrə gəliblər. Məsələ yalnız iki ölkə - Türkmənistan və İranla razılaşdırılmayıb. Buna görə də çoxillik müzakirələrə baxmayaraq, Xəzərin statusu məsələsi indiyədək həll olunmayıb.

Azərbaycan Xəzər dövlətlərindən ilk olaraq dünyada ən böyük gölün sərhədlərinin bölünməsinə və öz müstəqilliyinin hüdudlarının müəyyənləşdirilməsinə başlayıb. Məhz Azərbaycan Respublikası ilk dəfə Xəzər dənizində öz sektorunun mövcudluğunu elan edib və 1994-cü il 20 sentyabrda qərb şirkətləri ilə PSA (production sharing agreement) - məhsul bölgüsü barədə müqavilə modeli üzrə beynəlxalq müqavilə ("Əsrin müqaviləsi") imzalamaqla bunu təsbit edib. Bu öz əksini 1995-ci ildə Azərbaycanın əsas qanununda tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti