Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir E.Tarıverdiyeva/
Türkiyə ilə Ermənistanın yaxınlaşmasına regional proses kimi yanaşmaq lazımdır. Belə ki, bu proses Gürcüstanın Samsxe-Cavaxetiya regionunda problemlər yarada bilər, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş elmi işçisi, professor Vladimir Palava belə hesab edir.
"Regionun Türkiyə ilə Ermənistanın yaxınlaşmasında maraqlı oluğunu düşünmürəm. Türkiyə ilə Ermənistanın yaxınlaşmasından sonra Gürcüstanın məshəti türklərinin qayıtması ilə regionda yeni etnik problemlərin yaranacağı ilə bağlı arqumenti olmayacaq. Amma əslində, o ərazilərdə (Samsxe-Cavaxetiya) yaşayan ermənilər türklərin qayıtmasını istəmirlər, bundan qorxurlar", - Palava Trend -a deyib.
Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri iki ölkə arasında əlaqələrin normallaşmasının nəzərdə tutan protokol imzalayıblar. İki ölkə arasında 1993-cü ildən diplomatik münasibətlər mövcud deyil.
Yanvarın əvvəlində məcburi köçürülmüş insanların Gürcüstana qaytarılması haqqında qanun qüvvəyə minib. Bununla əlaqədar olaraq, Gürcüstanın Qaçqınlar və Yerləşdirmə İşləri üzrə Nazirliyiarzu edənlərin Gürcüstana qaytarılması üçün ərizələrin qəbuluna başlayıb.
Məcburi köçürülmüş insanların qaytarılması haqqında qanun Avropa Şurasının təkidilə qəbul olunmuşdu və ilk növbədə 1944-cü ildə Stalin rejimi tərəfindən Cənubi Gürcüstandan zorla çıxarılmış məshəti türklərinə aiddir. Hazırda məshəti türkləri Azərbaycanda və Rusiyada yaşayırlar. Onlardan bir çoxu öz vətənlərinə qayitmaq niyyətindədir.
Palava hesab edir ki, əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsinin onun xeyrinə həll olunduğunu hiss edərsə, onda ölkədəki bəzi qüvvələr Samsxe-Cavaxetiyada münaqişə yaratmağa cəhd edəcəklər. Bu prosesə Gürcüstanın daxili prosesi kimi deyil, regional proses kimi yanaşmaq lazımdır və əlbəttə, Cavaxetiya məsələsinə Türkiyə -Ermənistan yaxınlaşması və məshəti türklərin hazırda ermənilərin yaşadıqları ərazilərə qaytarılması kontekstində yanaşmaq lazımdır, o hesab edir.
"Hazırda Gürcüstan çox ağır vəziyyətdədir. Belə ki, məshəti türklərinin bu regiona qayıtmasına orada yaşayan ermənilər etiraz edirlər", - Palava deyib.
"Əgər Türkiyə -Ermənistan yaxınlaşması baş verərsə, Cavaxetiyada yaşayan erməni icması məshətilərin qayıtmasına etiraz etməməlidirlər. Amma işlər başqa cürdür və bu, regionda etnik dalğanın yaranmasına səbəb ola bilər", - ekspert hesab edir.
"Amma digər tərəfdən, Qafqazdakı mövcud bu vəziyyət çox davam edə bilməz və regiondakı münaqişələr həll olunmalıdır", - Palava deyib.