...

Azərbaycan paytaxtında baş redaktoru odlu silahla hədələyən şəxs saxlanılıb

Siyasət Materials 26 Oktyabr 2009 16:18 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend News-a verilən məlumata görə, dünən saat 12:10 radələrində Nəsimi rayonundakı Dilarə Əliyeva küçəsində, həmin küçədə yaşayan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov "Toyota" markalı avtomaşınını idarə edərkən "Mercedes" markalı avtomaşının sürücüsü ilə aralarında münaqişə baş verib.
Azərbaycan paytaxtında baş redaktoru odlu silahla hədələyən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda baş redaktora odlu silahla hədə-qorxu gələn şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, dünən saat 12:10 radələrində Nəsimi rayonundakı Dilarə Əliyeva küçəsində, həmin küçədə yaşayan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov "Toyota" markalı avtomaşınını idarə edərkən "Mercedes" markalı avtomaşının sürücüsü ilə aralarında münaqişə baş verib.

Bu zaman həmin sürücü avtomaşının yük yerindən avtomat silahı çıxararaq Məmmədovu hədələyib və hadisə yerindən gedib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Rəsulzadə qəsəbə sakini Ənvər Sadıqov tututlub.

Onun Mirzə Fətəli Axundov küçəsi, ev 152-də kirayədə götürdüyü mənzilə baxış zamanı 1 ədəd "AK" silahı, 29 ədəd avtomat gülləsi və 1 ədəd güllə darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti