...

Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi qoşunların çıxarılması ilə paralel aparılmalıdır - Azərbaycanın Qazaxıstandakı səfiri

Siyasət Materials 28 Oktyabr 2009 12:03 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə paralel aparılmalıdır, bu barədə Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov bildirib.
Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi qoşunların çıxarılması ilə paralel aparılmalıdır - Azərbaycanın Qazaxıstandakı səfiri

Qazaxıstan, Astana, 28 oktyabr / Trend , müxbir К.Коnırova/

Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi Ermənistan qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə paralel aparılmalıdır, bu barədə Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov bildirib.

"Biz Dağlıq Qarabağ probleminin həllinin bu variantını - sərhədlərin açılması və qoşunların çıxarılması məsələrinin paralel həll olunmasını alqışlayırıq", - Trend -a Qəndilov bildirib.

"Azərbaycan - sülhsevər dövlətdir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır", - səfir əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti