...

Azərbaycanın milli təhlükəsizlik naziri Litvada səfərdə olub

Siyasət Materials 29 Oktyabr 2009 17:46 (UTC +04:00)
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Litva Respublikasının Dövlət Təhlükəsizlik Departamentinin baş direktoru Povilas Malakauskasın dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Bu barədə cümə axşamı Trend News-a Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqə Mərkəzindən məlumat verilib.
Azərbaycanın milli təhlükəsizlik naziri Litvada səfərdə olub

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Litva Respublikasının Dövlət Təhlükəsizlik Departamentinin baş direktoru Povilas Malakauskasın dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Bu barədə cümə axşamı Trend -a Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqə Mərkəzindən məlumat verilib.

Litva Respublikasının Dövlət Təhlükəsizlik Departamentinin baş direktoru Povilas Malakauskas Azərbaycan milli təhlükəsizlik nazirinin bu səfərini təhlükəsizlik sahəsində Litva və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndirib.

Litvada ona göstərilən yüksək qonaqpərvərliyə, keçirilən görüşlərin səmərəli nəticələrinə görə təşəkkürünü bildirən nazir Eldar Mahmudov transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, xüsusən terrorçuluğa qarşı mübarizə, enerji və nəqiliyyat təhlükəsizliyi sahəsində görülən işlər barədə danışıb. Nazir Eldar Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid doğurduğunu qeyd edib, bu problemin tezliklə həll olunmasının vacibliyini və bunun üçün tərəfdaş dövlətlər tərəfindən də səylərin artırılması zərurətini vurğulayıb.

Görüşdə Litva və Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından razılıq bildirilib, perspektiv planlar barədə müzakirələr aparılıb, habelə təcrübə və məlumat mübadiləsinin bundan sonra da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Səfər zamanı Litva Respublikasının Baş naziri Andrius Kubilius nazir Eldar Mahmudovu qəbul edib. Görüşdə Litva və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinin hər iki dövlətin başcıları tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb, ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən xalqlar arasında tarixi-mədəni əlaqələrin, həmçinin təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da genişləndirilməsi mövzusunda faydalı fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti