...

Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər üçün ali təhsil daha asan olacaq

Siyasət Materials 30 Oktyabr 2009 16:51 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər üçün ali təhsil daha asan olacaq. Ali təhsillə bağlı qanuna müvafiq düzəlişlər ediləcək.
Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər üçün ali təhsil daha asan olacaq

Gürcüstan, Tbilisi, 30 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər üçün ali təhsil daha asan olacaq. Ali təhsillə bağlı qanuna müvafiq düzəlişlər ediləcək.

Hökumətin təşəbbüsü ilə qanun layihəsi artıq parlament tərəfindən müzakirəyə çıxarılıb. Burada məqsəd milliyyətcə azərbaycanlı və erməni olan Gürcüstan vətəndaşlarının Gürcüstan ictimaiyyətinə inteqrasiyasına yardım etməkdir, belə ki, onlar gürcüdilli olmayan əhalinin böyük əksəriyyətini təşkil edirlər.

Dəyişikliklərə əsasən, azərbaycanlı və erməni abituriyentlər vahid milli imtahanlarda təkcə bir fəndən - ümumi bacarıqdan doğma dillərində imtahan verəcək, lakin birinci kursa qəbul olmaq üçün onlara gürcü dilində xüsusi proqram tətbiq ediləcək. Kursun sonunadək tələbə 60 kredit topladığı təqdirdə özünə ixtisas seçə və ali təhsil müəssisəsində təhsilini gürcü dilində davam etdirə biləcək.

Qanun layihəsi artıq həmvətənlərimizlə bağlı komitədə dəstəklənib, komitə üzvləri ali təhsilin osetin və abxazlar üçün də asanlaşdırılması ilə bağlı fikirlərini bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti