...

Azərbaycanda 398 bələdiyyə üzrə 2224 namizəd qeydə alınıb

Siyasət Materials 30 Oktyabr 2009 18:25 (UTC +04:00)
Azərbaycanda bələdiyəyə namizədlərin irəli sürülməsi prosesi davam edir.
Azərbaycanda 398 bələdiyyə üzrə 2224 namizəd qeydə alınıb

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda bələdiyyələrə namizədlərin irəli sürülməsi prosesi davam edir. Artıq 1718 bələdiyyə üzrə 25 614 nəfərin namizədliyi təsdiq edilib.Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend -a məlumat verilib. Bu namizədlərdən 4907 nəfəri qadındır. Namizədliyi təsdiq edilən 12723 nəfər isə ali təhsillidir.

Namizədliyi təsdiq edilən 24 117 nəfər dairə seçki komissiyalarından imza vərəqəsi alıb. Onlardan 8773 namizəd lazımi sayda imza toplayıb. Namizədlər bu imza vərəqələrini və digər lazımi sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 398 bələdiyyə üzrə 2224 namizəd qeydə alınıb.

İrəli sürülən namizədlərin 6504 nəfəri heç bir partiyanı təmsil etmir. Qalanları isə 28 siyasi partiyanı təmsil edir. 16 siyasi partiya öz namizədlərini irəli sürərək seçki marafonuna qoşulublar.

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkisi keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti