...

Azərbaycanın müxalifət partiyası türk respublikalarının demokratlar birliyinin yaradılmasını arzulayır

Siyasət Materials 2 Noyabr 2009 16:20 (UTC +04:00)
“Biz Türkiyənin Demokrat və Ana Vətən partiyalarının birləşmək haqqında qərarını yüksək qiymətləndiririk”, - Trend News-un məlumatına görə, bazar ertəsi Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin iclasında bildirilib.

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası türk respublikalarının demokratlar birliyinin yaradılmasını arzulayır.

"Biz Türkiyənin Demokrat və Ana Vətən partiyalarının birləşmək haqqında qərarını yüksək qiymətləndiririk", - Trend -un məlumatına görə, bazar ertəsi Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin iclasında bildirilib.

Trend -un arayışı: Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

ADP Türkiyənin yeni partiyası ilə dostluq münasibətlərinin qurulacağını da istisna etmir.

"Biz hətta digər türk respublikalarının da qatıldığı demokratlar birliyinin yaradılmasını arzulayırıq", - məlumatda vurğulanır.

İdarə Heyətinin iclasında Azərbaycanda müxalifətdaxili münasibətlər və müxalifətin mümkün inteqrasiya istiqamətləri də müzakirə olunub. "ADP müxalifətdaxili sıx inteqrasiyaya tərəfdardır və bu istiqamətdə atılan real addımlara dəstək verməyə hazırdır", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti