Noyabrın 4-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində "BakuTel-2009" XV Yubiley Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işritak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərginin pavilyonları ilə tanış olan dövlətimizin başçısına burada nümayiş olunan məhsullar və xidmətlər haqqında ətraflı məlumat verilib.