...

Bütün Aİ ölkələrinin nümayəndələri Gürcüstana gələcəklər

Siyasət Materials 5 Noyabr 2009 20:39 (UTC +04:00)
12-14 noyabr tarixlərində Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin nümayəndələri Gürcüstana gələcəklər. Onlar səfər çərçivəsində ölkə Prezidenti Mixail Saakaşvili, hökumət və parlament nümayəndələri ilə görüşəcəklər.
Bütün Aİ ölkələrinin nümayəndələri Gürcüstana gələcəklər

Gürcüstan, Tbilisi, 05 noyabr / Trend , müxbir N.Kirsxaliya/

12-14 noyabr tarixlərində Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin nümayəndələri Gürcüstana gələcəklər. Onlar səfər çərçivəsində ölkə Prezidenti Mixail Saakaşvili, hökumət və parlament nümayəndələri ilə görüşəcəklər.

Nümayəndələr münaqişə zonasına baş çəkəcəklər və qaçqınlarla görüşəcəklər.

Qeyd etmək lazımdır ki, bu, 27 ölkənin Aİ-dəki nümayəndələrinin eyni vaxtda Gürcüstana səfər etdiyi ilk hadisədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti