...

Azərbaycanda eks-prezidentlərin statusu ilə bağlı qanun yalnız prezidentlik səlahiyyətini axıra qədər həyata keçirmiş şəxslərə şamil olunmalıdır - hakim partiya

Siyasət Materials 6 Noyabr 2009 11:26 (UTC +04:00)
“Biz bu qanun layihəsinin müzakirələrində də yaxından iştirak edərək öz təkliflərimizi verəcəyik”, - cümə günü Trend News-a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
Azərbaycanda eks-prezidentlərin statusu ilə bağlı qanun yalnız prezidentlik səlahiyyətini axıra qədər həyata keçirmiş şəxslərə şamil olunmalıdır -  hakim partiya

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsinin Konstitusiya dəyişikliklərinə uyğun hazırlanacağını istisna etmir.

"Biz bu qanun layihəsinin müzakirələrində də yaxından iştirak edərək öz təkliflərimizi verəcəyik. Əvvəlcədən partiyanın mövqeyi ilə bağlı heç bir açıqlama vermək istəməzdim. Amma şəxsi fikrim belədir ki, eks-prezidentlərin statusu ilə bağlı qanun yalnız prezidentlik səlahiyyətini axıra qədər həyata keçirmiş şəxslərə şamil olunmalıdır" , - cümə günü Trend -a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Azərbaycan Konstitusiyasına 2009-cu il martın 18-də keçirilən referendum vasitəsilə edilən əlavə və dəyişikliklərdə eks-prezidentlərə status verilməsi də nəzərdə tutulur. Bu məqsədlə yeni qanun layihəsi hazırlanıb Milli Məclisdə qəbul olunmalıdır.

Azərbaycanın müxalifət partiyasının başqanı, millət vəkili Fazil Mustafa bir müddət əvvəl "Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi hazırlayaraq Milli Məclis Aparatına təqdim edib.

Qurbanlının sözlərinə görə, hakim partiya özü isə eks-prezidentlərin statusu haqqında qanun layihəsi hazırlamaq niyyətində deyil.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti