...

Azərbaycan müxalifəti sosial bazası, dəstəyi, nüfuzu olmayan passiv "qüvvə"yə çevrilib – parlamentin vitse-spikeri

Siyasət Materials 6 Noyabr 2009 14:15 (UTC +04:00)
Azərbaycan müxalifəti sosial bazası, dəstəyi, nüfuzu olmayan passiv “qüvvə”yə çevrilib, bu barədə cümə günü hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Azərbaycan müxalifəti sosial bazası, dəstəyi, nüfuzu olmayan passiv "qüvvə"yə çevrilib – parlamentin vitse-spikeri

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir M.Əliyev /

Azərbaycan müxalifəti sosial bazası, dəstəyi, nüfuzu olmayan passiv "qüvvə"yə çevrilib, bu barədə cümə günü hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Onun sözlərinə əsasən, müxalifətdən olan siyasi partiyaların bələdiyyə seçkilərində iştirakdan imtina etməsi onların zəifliyi ilə izah olunur. "Bu zəifliyi isə bir neçə amil şərtləndirəcək: birincisi, bələdiyyə seçkilərində iştirak etmək üçün 1700 bələdiyyə üzrə ən azı 20 min, 30 min namizəd irəli sürmək lazımdır. İkincisi, seçkilərdə layiqli namizədlər irəli sürmək lazımdır ki, onlar həm yelərdə insanların hörmətinə sahib olsunlar, həm də seçkilərdən sonra verdiyi vədlərə əməl etməyi bacarsınlar. Müxalifətin hakimiyyətdə olduğu illər insanların yaddaşlarından silinməyib", - Muradova bildirib.

Parlamentin vitse-spikeri dəyişən cəmiyyətin yeni tələblərinə uyğun proqramlar ortaya qoyaraq Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində şəksiz qalib gələcəyinə əmin olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti