...

Azərbaycan sərhədçiləri axtarışda olan 90 nəfəri saxlayıb

Siyasət Materials 6 Noyabr 2009 15:44 (UTC +04:00)
Oktyabr ayı ərzində 14 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Azərbaycan sərhədçiləri axtarışda olan 90 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 90 nəfəri saxlayıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.

Oktyabr ayı ərzində 14 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Saxlanılan 23 sərhəd pozucusundan 11-i Azərbaycan, 5-i Banqladeş, hər ölkədən 2 nəfər olmaqla İran, Gürcüstan, Pakistan və Əfqanstan vətəndaşlarıdır.

Sərhəd rejim qaydalarını pozduqları üçün 287 halda 497 nəfər, vizası olmadığı üçün 93 halda 147 nəfər, vizalarının müddəti qurtardığı üçün 32 halda 40 nəfər, müvafiq sənədlərinin olmadığı üçün 24 halda 37 nəfər, pasportunun müddəti bitdiyi üçün 14 halda 15 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay sərhədçilər qanunsuz dövriyyədən 2 kiloqramdan artıq narkotik çıxarıblar.

Hesabat dövründə 87 halda ümumi dəyəri 171 435 manat olan qaçaqmal müsadirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti