...

Türkmənistanda yerli islam ziyarətgahlarına ziyarət dövlət səviyyəsində təşkil edilir.

Siyasət Materials 7 Noyabr 2009 17:45 (UTC +04:00)
Qurban Bayramı ərəfəsində dövlət Türkmənistan müsəlmanlarının yerli ziyarətgahlara ziyarətini öz üzərinə götütüb.
Türkmənistanda yerli islam ziyarətgahlarına ziyarət dövlət səviyyəsində təşkil edilir.

Türkmənistan, Aşqabad, 7 noyabr/Trend Neüs, müxbir H.Həsənov/

Qurban Bayramı ərəfəsində dövlət Türkmənistan müsəlmanlarının yerli ziyarətgahlara ziyarətini öz üzrərinə götütüb.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun müvafiq sərəncanmının icra edilməsi Türkmənistan prezidenti yanında dini işlər üzrə şuraya həvalə edilib.

Bu struktur vilayət və paytaxt idarələri ilə birgə ziyarət etmək istəyənlərin siyahısını tərtib edərək, onu plana müvafiq olaraq təşkil edəcək.

Türkmənlər islamın süni tərəfdarlarıdır. Əvvəlki illərdə dövlət vəsaitləri hesabına yüzlərlə dindar Məkkəni ziyarət edib.

Milli ziyarətgahlar arasında da unikal tarixi-mədəni abidələr az deyil. Bu yerlər arasında YUNESKO-nun ümumdünya irs siyahısına daxil olan Kunya-Urqenç şəhəri (Xarəzmin keçmiş paytaxtı) xüsusi yer tutur.

Xəbər lenti

Xəbər lenti