...

Gürcüstanda GUAM PA-nın dördüncü iclası keçiriləcək

Siyasət Materials 9 Noyabr 2009 10:49 (UTC +04:00)
GUAM-ın Parlament Assmableyasının dördüncü iclası noyabrın 9-11-də Gürcüstanda keçiriləcək. İclası bu gün Tbilisinin "Şeraton Metexi Palas" otelində Gürcüstan Parlamentinin sədri David Bakradze açacaq.
Gürcüstanda GUAM PA-nın dördüncü iclası keçiriləcək

Gürcüstan, Tbilisi, 9 noyabr / Trend , müxbir N. Kirtsxaliya/

GUAM-ın Parlament Assmableyasının dördüncü iclası noyabrın 9-11-də Gürcüstanda keçiriləcək. İclası bu gün Tbilisinin "Şeraton Metexi Palas" otelində Gürcüstan Parlamentinin sədri David Bakradze açacaq.

GUAM PA-nın geniş iclası Baltiya nümayəndə heyəti və ekspertlərin iştirakı ilə keçiriləcək.

Noyabrın 10-da yekun sənədlərin qəbul edilməsi və birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

GUAM 1997-ci ilin oktyabr ayında Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (1999-2005-ci illərdə Özbəkistan da təşkilata daxil olub) tərəfindən yaradılmış regional təşkilatdır. Təşkilatın adı buraya daxil olan ölkələrin baş hərfindən yaranıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti