...

Berlin divarlarının yıxılması arzuların həyata keçməsi idi - Kansler Angela Merkel

Siyasət Materials 9 Noyabr 2009 20:19 (UTC +04:00)
1989-cu il 9 noyabr gecəsi - Berlin divarlarının yıxılması arzuların həyata keçməsi idi. Bu barədə Almaniyanın Federal Kansleri Angela Merkel bazar ertəsi Berlində deyib.
Berlin divarlarının yıxılması arzuların həyata keçməsi idi - Kansler Angela Merkel

Almaniya, Berlin, 09 noyabr / Trend , müxbir A.Qasımova/

1989-cu il 9 noyabr gecəsi - Berlin divarlarının yıxılması arzuların həyata keçməsi idi. Bu barədə Almaniyanın Federal Kansleri Angela Merkel bazar ertəsi Berlində deyib.

"1989-cu il 9 noyabr gecəsi arzuların həyata keçməsi idi. Burada hamı rol oynamışdı, lakin bu keçmiş Şərqi Almaniyadan olan insanların cəsarəti olmadan həyata keçə bilməzdi", - Kansler deyib.

Almaniya Berlin divarlarının yıxılmasının 20-ci il dönümünü qeyd edir. Bayram çərçivəsində müxtəlif tədbirlər, o cümlədən yubileyə həsr edilmiş ibadət, sərgi, konsertlər həyata keçiriləcək.

Bayram mərasimlərində bütün dünyadan olan yüksək qonaqların iştirakı gözlənilir.

9 noyabr 1989-cu ildə kütləvi xalq çıxışlarının təsiri altında ADR Qərbi Berlinlə nəqliyyat məhdudiyyətini ləvğ edib. 1990-cı il 1 iyul tarixindən isə sərhəd nəzarəti tamamilə ləvğ edilib. 1990-cı yanvar-noyabr aylarında 1,3 kilometrlik sahə istisna olmaqla, bütün sərhəd tikililəri dağıdıldı. Bu divarlar "soyuq müharibə"nin ən məşhur simvollarından birinin yadigarı kimi saxlanılıb.

Xəbər lenti

Xəbər lenti