...

Azərbaycan Prezidenti Gürcüstanın ölkəmizdəki səfirini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 10 Noyabr 2009 17:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gürcüstanın ölkəmizdəki səfiri Nikoloz Natbiladzeni səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Prezidenti Gürcüstanın ölkəmizdəki səfirini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gürcüstanın ölkəmizdəki səfiri Nikoloz Natbiladzeni səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Nikoloz Natbiladze Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, səfirliyin fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Diplomat səlahiyyət müddəti ərzində Azərbaycan xalqının xoş münasibətini həmişə yaxından hiss etdiyini deyib.

Dövlətimizin başçısı səfirin Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Prezident İlham Əliyev Nikoloz Natbiladzenin ölkəmizdəki diplomatik fəaliyyət müddətinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm dövrü əhatə etdiyini deyib. Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Dövlətimizin başçısı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin xoş arzularına görə minnətdarlığını bildirib, onun da xoş arzularını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti