...

Azərbaycanın müxalifət partiyası bələdiyyə üzvlüyünə təxminən üç min namizəd irəli sürüb

Siyasət Materials 10 Noyabr 2009 19:04 (UTC +04:00)
Azərbaycanın müxalif Ümid Partiyası 903 bələdiyyə üzrə təxminən üç minə yaxın namizəd irəli sürüb. Bu barədə partiyanın mətbuat xidmətindən Trend News-a bildirilib.
Azərbaycanın müxalifət partiyası bələdiyyə üzvlüyünə təxminən üç min namizəd irəli sürüb

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın müxalif Ümid Partiyası 903 bələdiyyə üzrə təxminən üç minə yaxın namizəd irəli sürüb. Bu barədə partiyanın mətbuat xidmətindən Trend -a bildirilib.

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 üzv seçilməsi nəzərdə tutulub. Yerli özünü idarə orqanlarına seçkilər əvvəllər iki dəfə keçirilib - 1999 və 2005-cü illərdə.

"Hazırda partiyadan olan namizədlər imzaların toplanması və imza vərəqələrinin qaytarılmasına dair kampaniya keçirirlər", - Ümid Partiyasının məlumatında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti