Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir M.Əliyev /
İslam Konfransı Təşkilatının (İKT) cari ikigünlük konfransı zamanı dinlərin münaqişələrin həll olunmasına təsiri mövzusunda müzakirələr keçiriləcək, bu barədə jurnalistlərə Bakıda keçirilən "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
"İKT-nin Kasablankada keçirilən konfransından başlayaraq bu təşkilat daima öz gündəliyinə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, ermənilər tərəfindən Azərbaycanın mədəni dəyərlərinin məhv edilməsi məsələlərini daxil edir", - Məmmədyarov bildirib.
Nazirin sözlərinə əsasən, Azərbaycan Avrasiyada xüsusi geosiyasi yer tutur və İKT-yə daxil olandan etibarən mədəniyyətin müxtəlif sahələrində dinlərarası dialoqun güclənməsinə yardım edib.
"2014-cü ildə Azərbaycanın təşəbbüsü ilə Bakıda İKT xarici işlər nazirlərinin iclası təşkil olunacaq", - Məmmədyarov qeyd edib.