...

Sloveniya Prezidenti Danilo Türk Qazaxıstanın 2010-cu ildə ATƏT-in sammitini keçirmək fikrini dəstəkləyib

Siyasət Materials 11 Noyabr 2009 12:01 (UTC +04:00)
Sloveniya Qazaxıstanın 2010-cu ildə ATƏT-in sammitini keçirmək fikrini dəstəkləyir, bu barədə bu gün Astanada Sloveniya Prezidenti Danilo Türk Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev ilə danışıqlar zamanı bildirib.
Sloveniya Prezidenti Danilo Türk Qazaxıstanın 2010-cu ildə ATƏT-in sammitini keçirmək fikrini dəstəkləyib

Qazaxıstan, Astana, 11 noyabr / Trend , müxbir K.Konırova /

Sloveniya Qazaxıstanın 2010-cu ildə ATƏT-in sammitini keçirmək fikrini dəstəkləyir, bu barədə bu gün Astanada Sloveniya Prezidenti Danilo Türk Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev ilə danışıqlar zamanı bildirib.

"Biz Qazaxıstanın ATƏT-də sədrliyi çərçivəsində sammitin keçirilməsinin vacibliyi ilə razıyıq", - Danilo Türk qeyd edib. Qeyd edək ki, ATƏT-in öncəki sammiti 1999-cu ildə İstanbulda keçirilib.

Sloveniya Prezidenti həmçinin qeyd edib ki, ölkəsi növbəti ildə Qazaxıstanın ATƏT-də sədrliyi ilə bağlı konsepsiyasını maraqla gözləyir. "Qazaxıstanın Avropa İttifaqı ilə əməkdaşlığı üzrə sizin fikrinizi eşitmək bizim üçün çox maraqlı olardı, sizin xarici işlər nazirinizin ideyları ilə də tanış olmaq istərdik ", - o qeyd edib.

Əvvəlcədən bildirildiyi kimi, Astananın 2010-cu ildə ATƏT-in sammitini keçirmək təşəbbüsünü artıq Avropanın bir sıra ölkələri, o cümlədən Fransa Prezidenti Nikolya Sarkozi və ATƏT PA-nın sədri Joao Soareş dəstəkləyiblər.

Xəbər lenti

Xəbər lenti