Azərbaycan, Bakı, 11 noyabr / Trend , muxbir K.Zərbalıyeva/
Azərbaycanın Şəki rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Azad Məmmədov Şəki RPŞ-nə rəis təyin edilib.
Şəki RPŞ-nin rəisi Fətulla Hacıyev bir müddət öncə nazirin əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]