...

"Demokratik açılım" planında hakimiyyət xətalara yol verib - türkiyəli ekspert

Siyasət Materials 13 Noyabr 2009 18:43 (UTC +04:00)
Türkiyənin Yaxın Şərq üzrə Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) direktoru Həsən Kanpolat hakim Ədalət və İnkişaf Partiyasının (AKP) irəli sürdüyü "demokratik açılım" planının həyata keçirilməsində hakimiyyətin səhvlər buraxdığını bildirib.
"Demokratik açılım" planında hakimiyyət xətalara yol verib - türkiyəli ekspert

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin Yaxın Şərq üzrə Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) direktoru Həsən Kanpolat hakim Ədalət və İnkişaf Partiyasının (AKP) irəli sürdüyü "demokratik açılım" planının həyata keçirilməsində hakimiyyətin səhvlər buraxdığını bildirib.

"Demokratik açılım" planında hakimiyyət xətalara yol verib", - Kanpolat cümə günü Trend -a bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd problemi həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyənin əsas müxalifət partiyasının lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli partiyanın keçirdiyi mətbuat konfransında ölkədəki hakim AKP ilə PKK terror təşkilatının eyni düşüncədə olduğunu bildirib.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal həmçinin keçirdiyi mətbuat konfransında terrorla mübarizə aparmadan terrora qalib gəlməyin qeyri-mümkün olduğunu bildirib.

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın müraciəti ilə oktyabrın 19-da İraqın şimalındakı Mahmur terror düşərgəsindən təslim olmaq üçün 26 nəfər yola çıxıb və elə həmin gün Türkiyə ərazisinə çataraq təhlükəsizlik qüvvələrinə təslim olublar. Ölkənin daxili işlər naziri Bəşir Atalay təhlükəsizlik qüvvələrinin daha 150 terrorçunun təslim olacağını gözlədiyini bildirib. Təslim olan terrorçuların İraq-Türkiyə sərhədində PKK bayrağı və xüsusi təmtəraqla qarşılanması ölkə müxalifətinin kəskin etirazına səbəb olub. Təslim olan terrorçuların hamısı azadlığa buraxılıb.

Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ İraqın şimalındakı Mahmur düşərgəsindən təslim olmaq üçün Türkiyəyə gələn terrorçuların təntənə ilə qarşılanmasının yolverilməz olduğunu bildirərək, Türkiyənin müdafiəsiz olmadığını bildirib. Bu gün Türkiyə Böyük Mİllət Məclisində hakimiyyətin irəli sürdüyü "demokratik açılım" planının müzakirəsinə başlanılıb.

Kanpolat onu da bildirib ki, ölkə müxalifəti "demokratik açılım"ı dəstəkləməsə də, bir vaxtlar özləri də bu kimi açılım planını irəli sürmüşdülər.

"Demokratik açılım" planında əsas məqsəd PKK problemini həll etməkdir, lakin terrorçuların ölkə ərazisinə təmtəraqla qayıtması terrordan əziyyət çəkmiş və yaxınlarını itirmiş vətəndaşlara pis təsir etdi", - o qeyd edib.

Kanpolat onu da qeyd edib ki, buraxılan səhvlərə baxmayaraq, hakimiyyət kürd problemini həll etmək iqtidarındadır.

Xəbər lenti

Xəbər lenti