...

İşğal olunmuş ərazilərdə insan oğurluğu faktlarının müəyyən edilməsi üçün peyk çəkilişi məsələsi aktuallaşıb - Gürcüstan XİN

Siyasət Materials 16 Noyabr 2009 15:57 (UTC +04:00)
Münaqişə zonalarında insan oğurluğu faktlarının müəyyən edilməsi üçün işğal olunmuş ərazilərdə peyk çəkilişlərinin aparılması məsələsi gündəmə gəlib. Bu barədə jurnalistlərlə söhbət zamanı Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze məlumat verib.
İşğal olunmuş ərazilərdə insan oğurluğu faktlarının müəyyən edilməsi üçün peyk çəkilişi məsələsi aktuallaşıb - Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 16 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Münaqişə zonalarında insan oğurluğu faktlarının müəyyən edilməsi üçün işğal olunmuş ərazilərdə peyk çəkilişlərinin aparılması məsələsi gündəmə gəlib. Bu barədə jurnalistlərlə söhbət zamanı Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi bu məsələni yarım il əvvəl qaldırıb, lakin bu günə qədər müzakirə olunmayıb. Kalandadzenin məlumat verdiyi kimi, peyk çəkilişlərinə başlamaq üçün Aİ ilə texniki və maliyyə məsələlərində razılığa gəlmək lazımdır.

"Çəkilişlər Aİ müşahidəçilərinin bu günə qədər nəzarət edə bilmədiyi ərazilərdəki vəziyyətlə bağlı Aİ-nın geniş məlumat almasına imkan verəcək", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti