...

Nevadada Azərbaycan-Amerika əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 23 Noyabr 2009 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend Neüs, müxbir M.Əliyev/

Los-Ancelesdə Azərbaycanın baş konsulu Elin Süleymanov və vitse-konsul Elşən Baloğlanov Nevada ştatının yerli hakimiyyət orqanlarının nümayəndələri ilə Azərbaycan-Amerika əməkdaşlıq məsələlərini müzakirə ediblər.Bu haqda T5rend Neüs-a baş konsulluqdan məlumat verilib.

Görüş zamanı Azərbaycan rəhbərliyinin regional təhlükəsizliyin möhkəmləndirilməsi, sivilizasiyalararası dialoqun intensivləşdirilməsi və enerji mənbələrinin diversifikasiyalası üzrə siyasəti müzakirə edilib.

ABŞ-ın starteji maraqları nöqteyi-nəzərindən regiondakı münaqişələrin tezliklə həllinin vacibliyi qeyd edilib.

Nevada ştatının qubernatoru Cim Qibbons, həmçinin ştatdan olan senator Harri Rid görüş iştirakçılarına təbrik məktubu göndəriblər.

Xəbər lenti

Xəbər lenti