Azərbaycanda yüksək səviyyəli həkimlər hazırlamaq məqsədilə Mərkəzi Klinikanın nəzdindəki Tədris-Təhsil Komitəsi müalicə-profilaktika fakültəsini bitirmiş gənc həkimlərin təhsilini davam etdirməsi və rezidentura keçməsi üçün xaricə göndərilməsini təşkil edir.
1. Komitə həm də azı 3-5 il iş təcrübəsi olan həkimlər üçün ixtisasdan asılı olaraq 1-2 il müddətində Avstriyada ixtisasartırma kursları təşkil edir.
2. Həkimlər müsabiqə yolu ilə seçiləcəkdir.
3. Müsabiqənin şərtləri:
· Avropa və Amerika standartları üzrə ümumi profilli həkimlər səviyyəsində test imtahanları.
· Alman dilindən imtahan.
4. . Müsabiqədə iştirak etmək üçün əsas tələblər:
4.1 Diplom
4.2 Təhsil haqqında sənəddən (orta və ali məktəbin qiymət kitabçasından) çıxarış
4.3 Şəxsiyyət vəsiqəsi
4.4 Tərcümeyi-hal, xasiyyətnamə
4.5 İnternatura haqqında vəsiqə
4.6 4 ədəd fotoşəkil (5 x 6 sm ölçüdə)
4.7 Alman dilini bilmək haqqında sənəd
4.8 İş yerindən arayış
4.9 VVADQ orqanından nikah vəziyyəti barədə arayış
4.10 Hərbi bilet və ya hərbi xidmətdən möhlət verilməsi barədə arayış
5. Alman dilindən ilk seçim imtahanı 2010-cu ilin yanvarında keçiriləcək. Alman dilini A2 səviyyəsində bilmək zəruridir.
6. Alman dilindən ikinci seçim imtahanı 2010-cu ilin iyun ayında aparılacaq. Bu imtahanda alman dilini minimum B2 səviyyəsində bilmək zəruridir.
7. "Mərkəzi Klinika" MMC ilə müsabiqənin seçim turundan uğurla keçmiş şəxslər arasında razılaşma müqaviləsi imzalanacaq və bütün əlavə şərtlər təfsilatı ilə həmin müqavilədə göstəriləcəkdir.
8. Müsabiqədə iştirak edənlərin seçimində onların bitirdiyi universitet, internaturanı keçdiyi yer ("Mərkəzi Klinika" MMC-nin internalarına üstünlük verilir), elmi dərəcəsi, ailə vəziyyəti, xasiyyətnaməsi, habelə orta təhsil haqqında sənəddəki və ali məktəbdəki qiymət kitabçasındakı qiymətlər nəzərə alınacaqdır.
9. Kurslar aşağıdakı ixtisaslar üzrə nəzərdə tutulur:
9.1 Pediatriya və pediatrik reanimatologiya
9.2 Neonatologiya və yeni doğulmuşlar üçün reanimatologiya
9.3 Ginekologiya
9.4 Ümumi cərrahiyyə
9.5 Reanimatologiya və təxirəsalınmaz təcili yardım
9.6 Anesteziologiya
9.7 Ümumi terapiya
9.8 Pulmonologiya
9.9 Qastroentrologiya
9.10 Nefrologiya
9.11 Endokrinologiya
9.12 Nevrologiya
9.13 Hematologiya
9.14 Histologiya
9.15 Herantologiya
9.16 Reabilitasiya və fizioterapiya
9.17 Neyrocərrahiyyə
9.18 Şüa diaqnostikası
9.19 Qulaq, burun, boğaz
10. Tədris proqramı 2010-cu ilin avqust ayında başlanacaq.
Ünvan: Bakı, Parlament prospekti, 76
T: (012) 492-04-74
Email: [email protected]