...

Azərbaycanda bələdiyyə seçkilərində 31 mindən çox namizəd iştirak edəcək

Siyasət Materials 24 Noyabr 2009 13:18 (UTC +04:00)
"Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 31 min 861 nəfərin namizədliyi qeydə alınıb", - Trend News-un məlumatına görə, bu barədə çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında bildirilib.
Azərbaycanda bələdiyyə seçkilərində 31 mindən çox namizəd iştirak edəcək

Azərbaycan, Bakı, 24 noyabr / Trend , A.Hüseynbala/

Azərbaycanda bələdiyyə seçkilərində 31 mindən çox namizəd iştirak edəcək

"Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 31 min 861 nəfərin namizədliyi qeydə alınıb", - Trend -un məlumatına görə, bu barədə çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında bildirilib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Bələdiyyə üzvlüyünə namizədlərin 16 min 20-si ali təhsilli, 166 nəfəri natamam ali, 8938 nəfəri orta təhsilli, 6737 nəfəri orta ixtisas təhsillidir. 6222 nəfər qadın bələdiyyə üzvlüyünə namizəddir.

Qeydə alınanların 14 min 647 nəfəri namizədliyini özü, 147 nəfərin namizədliyini isə təşəbbüs qrupları irəli sürüb.. "Hakim Yeni Azərbaycan Partiyası 15 388, Ana Vətən Partiyası 120, Vətəndaş Həmrəyliyi Partiyası 223, Müsavat Partiyası 125, Demokratik Azərbaycan Dünyası Partiyası 76, Ümid Partiyası 375, Kommunist Partiyası 7, Azərbaycan Vətənpərvərlər Partiyası 4, Sosial Rifah Partiyası 8, Sosial Demokrat Partiyası 1, Liberal Demokrat Partiyası 4, Müasir Müsavat Partiyası 22, Demokratik İslahatlar Partiyası 72, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 238, Böyük Quruluş Partiyası 385, Vətəndaş Birliyi Partiyası 31, Vətəndaş və İnkişaf Partiyası 1, Milli Demokrat 10 namizəd irəli sürüb", - məlumatda vurğulanır.

Namizədlərin 17 min 688 nəfəri YAP, 35-i AMİP, 292-si Ana Vətən, 306-sı VHP, 130-u Müsavat, 134-ü DADP, 3-ü AYP, 348-i Ümid, 74-ü AKP, 1-i AMDP, 16-sı AVP, 1-i ADSP, 164-ü ASRP, 5-i ALP, 2-si ASDP, 38-i AXCP, 8-i Vəhdət, 4-ü ALDP, 26-sı ADP, 28-i Ədalət, 2-si MVP, 31-i MMP, 1-i Tərəqqi, 75-i ADİSP, 264-ü BAXCP, 381-i BQP, 17-si VBP, 39-u KXCP, 25-i VİP, 10-u Milli Demokrat partiyalarının üzvləridir: "Bələdiyyə seçkilərində 11 331 nəfər bitərəf namizəd iştitirak edəcək. Namizədlikləri qeydə alınanların 382 nəfəri partiya mənsubiyyətini göstərməyib", - məlumatda vurğulanır.

Məlumatda qeyd edilir ki, namizədlərin irəli sürülməsi mərhələsində bələdiyyə seçkiləri ilə bağlı 35 min 76 nəfərin namizədliyi təsdiq edilib. Dairə seçki komissiyalarında müxtəlif səbəblərə görə 3215 nəfərin namizədliyinin qeydə alınmasından imtina edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti