Azərbaycan, Lənkəranı, 25 noyabr/ Trend , müxbir P.Əliyeva/
Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) zabitlər üçün yeni yataqxana istifadəyə verilib.
Trend -un məlumatına görə, Azərbaycan daxili işlər nazirinin müavini, daxili qoşunların komandanı Zakir Həsənov Lənkəranda zabitlər üçün yataqxananın açılışında iştirak edib.
2008-ci ilin aprelindən inşasına başlanan yataqxana binası 5 mərtəbə 60 mənzildən ibarətdir. Yataqxanaya baxış keçirilib.
Həsənov gələn həftə Zaqatalada belə bir yataqxananın açılacağını deyib. Komandan Daxili Qoşun əsgərlərinin döyüş hazırlığının, onların məişət şəraitinin yüksək səviyyədə olduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]