...

Azərbaycanın Qusar rayon Prokurorluğunun böyük müstəntiqi barəsində cinayət işi açılıb

Siyasət Materials 26 Noyabr 2009 10:55 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, Qusar Rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürov prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə noyabrın 25-də rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib.
Azərbaycanın Qusar rayon Prokurorluğunun böyük müstəntiqi barəsində cinayət işi açılıb

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Qusar rayon Prokurorluğunun böyük müstəntiqi barəsində cinayət uşi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Qusar rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürov prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə noyabrın 25-də rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Şükürov xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməklə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib və bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti