...

Xəzərdə narkotik maddələr və silah qaçaqmalçılığı ilə mübarizə gücləndiriləcək - İranın Sərhəd Polisi komandanı

Siyasət Materials 26 Noyabr 2009 12:23 (UTC +04:00)
Xəzəryanı ölkələrin Dövlət Sərhəd Xidmətləri rəhbərlərinin Bakı toplantısında qanunsuz balıq ovlamaq, narkotik maddələr və silah, qadağan olunmuş məhsulların qaçaqmalçılığı ilə mübarizə, eləcə də ekologi çirklənmə və dənizdə xilasetmə işləri ilə bağlı məsələlər müzakirə edilib.
Xəzərdə narkotik maddələr və silah qaçaqmalçılığı ilə mübarizə gücləndiriləcək - İranın Sərhəd Polisi komandanı

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir T.Cəfərov/

Xəzəryanı ölkələrin Dövlət Sərhəd Xidmətləri rəhbərlərinin Bakı toplantısında qanunsuz balıq ovlamaq, narkotik maddələr və silah, qadağan olunmuş məhsulların qaçaqmalçılığı ilə mübarizə, eləcə də ekologi çirklənmə və dənizdə xilasetmə işləri ilə bağlı məsələlər müzakirə edilib.

"İclasda gələcəkdə ehtimal olunan cinayətlərin indidən proqnozlaşdırılması və onunla mübarizə aparmaq üçün proqramların hazırlanması məsələsi müzakirə olundu və bu sahədə mexanizləşdirilimiş informasiya mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olundu. İclasın sonunda Xəzəryanı ölkələr arasında razılaşma imzalandı və həmin razılaşmaya əsasən, Sərhəd Xidməti rəislərinin toplantısı hər il ölkələrin birində keçiriləcək", - cümə axşamı Trend -a İran İslam Respublikasının Sərhəd Polisi komandanı, general-mayor Hüseyn Zülfüqari bildirib.

Noyabrın 25-də Bakıda Xəzəryanı ölkələrin Dövlət Sərhəd Xidmətləri rəhbərlərinin iclası keçirilib. Zülfüqari iclasda iştirak edib.

Zülfüqari deyib ki, informasiya mərkəz hadisələrin inkişafını əhatə edəcək və cinayətkarların kimliyi haqda məlumatları ölkələr arasında mübadilə edəcək.

"Bununla bağlı 5 nəfərlik qrup yaradılıb və həmin qrupa informasiya mərkəzinin yaradılması və Xəzərdə nəzarətin gücləndirilməsi ilə bağlı lazım olan işlərin görülməsi tapşırılıb. İclasda həmçinin gələcək əməkdaşlıq yolları araşdırıldı və əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulandı", - Zülfüqarı əlavə edib.

Onun sözlərinə görə, aparılmış müzakirələrin sonunda Xəzəryanı ölkələrin Dövlət Sərhəd Xidmətləri rəisləri Xəzərin sülh və dostluq dənizi olduğunu və bu mövqenin qorunub saxlanılmasının zəruriliyini vurğulayıblar.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti