...

Azərbaycanın müxalifət liderləri geniş koalisiyada birləşmə istiqamətində qəti mövqe ortalığa qoymurlar - müxalifətçi deputat

Siyasət Materials 28 Noyabr 2009 12:47 (UTC +04:00)
Azərbaycanın əsas müxalifət partiyalarının liderləri müxalifətin geniş koalisiyada birləşməsi istiqamətində qəti mövqe ortalığa qoymurlar. Bu barədə şənbə günü Trend News-a parlamentdə təmsil olunan Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.
Azərbaycanın müxalifət liderləri geniş koalisiyada birləşmə istiqamətində qəti mövqe ortalığa qoymurlar - müxalifətçi deputat

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın əsas müxalifət partiyalarının liderləri müxalifətin geniş koalisiyada birləşməsi istiqamətində qəti mövqe ortalığa qoymurlar. Bu barədə şənbə günü Trend -a parlamentdə təmsil olunan Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

"Müxalifətçi liderlər konkret mövqe bildirmədiklərinə görə, müxalifətin geniş koalisiyasının yaradılması ləngiyir", - Hüseyn deyib.

Trend -un arayışı: 2008-ci il prezident seçkisindən sonra Pənah Hüseyn müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlara başlasa da, qarşılıqlı ittihamlar üzündən hələ ki müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.

Deputat bildirib ki, o, müxalifətin geniş koalisiyasının Xalq Cəbhəsi adlandırılmasının tərəfdarı olsa da, bu, başqa ad da ola bilər.

"Böyük ehtimalla söyləmək olar ki, nəzərə alsaq ki, gələn il parlament seçkisi keçiriləcək, yanvarın sonundan başlayaraq müxalifətin inteqrasiya prosesinin yeni mərhələsi başlanacaq. Hesab edirəm ki, həm demokratik hərəkatın təşkilat formasının, digər halda isə geniş seçki blokunun yaradılmasının yanvar-mart aylarında alınıb-alınmaması məlum olacaq", - Hüseyn əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti