...

"La Skala"da mövsüm gürcü müğənninin ifasında "Karmen"lə açılacaq

Siyasət Materials 7 Dekabr 2009 12:05 (UTC +04:00)
Məşhur Milan Opera Teatrı "La Skala"da yeni teatr mövsümünü Gürcüstan metso-sopranası açacaq. "Karmen" operasında baş ariyanı 25 yaşlı gürcüstanlı Anita Raçvelişvili ifa edəcək.
"La Skala"da mövsüm gürcü müğənninin ifasında "Karmen"lə açılacaq

Gürcüstan, Tbilisi, 7 dekabr / Trend , müxbir N.Kirtsxalia/

Məşhur Milan Opera Teatrı "La Skala"da yeni teatr mövsümünü Gürcüstan metso-sopranası açacaq. "Karmen" operasında baş ariyanı 25 yaşlı gürcüstanlı Anita Raçvelişvili ifa edəcək.

Tamaşada onun tərəf müqabilləri İonas Kaufman və Ervin Şrott olacaqlar.

Bu hadisə ilə əlaqədar Gürcüstanın mədəniyyət və idman naziri Nika Rurua Milandadır.

Səfər çərçivəsində nazir "La Skala"nın direktoru ilə görüşmək və yerli Opera Akademiyasına gürcü ifaçılarının qəbulu və təcrübə keçməsi məsələlərini müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti