...

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı keçirilən səsvermə günü iş günü olmayacaq

Siyasət Materials 11 Dekabr 2009 10:41 (UTC +04:00)
"Seçki Məcəlləsinin 8.2-ci maddəsinə görə, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur", - cümə günü Trend News-a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı keçirilən səsvermə günü iş günü olmayacaq

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı keçirilən səsvermə günü iş günü olmayacaq.

"Seçki Məcəlləsinin 8.2-ci maddəsinə görə, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur", - cümə günü Trend -a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Sarıyevin sözlərinə görə, bu məsələ Seçki Məcəlləsi ilə tənzimləndiyindən MSK-nın, yaxud başqa dövlət qurumunun xüsusi qərar qəbul eyməsinə ehtiyac yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti