...

Moskvada Naxçıvan Muxtar Respublikasının yubileyi qeyd edilir (FOTO)

Siyasət Materials 17 Dekabr 2009 18:14 (UTC +04:00)
Bu gün Moskvada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) konfrans zalında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85-ci ildönümünə həsr olunmuş elmi-praktik konfransın açılışı olub.
Moskvada Naxçıvan Muxtar Respublikasının yubileyi qeyd edilir (FOTO)

Rusiya, Moskva, 17 dekabr / Trend , müxbir İ.Bragina/

Bu gün Moskvada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) konfrans zalında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85-ci ildönümünə həsr olunmuş elmi-praktik konfransın açılışı olub.

Tədbiri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açıb və bu diyarın Azərbaycan üçün əhəmiyyəti, onun dövlətçiliyi barədə danışıb.

"Azərbaycanın qədim torpağı Naxçıvan - burada yalnız Azərbaycanın deyil, bütün müsəlman dünyasının bir çox mədəniyyət abidələri yerləşir. Naxçıvan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Vətənidir. Burada bütün sahələrdə inkişaf gedir, təhsil, teatr və uşaq müəssisələri inkişaf edir, məktəblər, xəstəxanalar tikilir", - səfir deyib.

O qeyd edib ki, tədbir Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunub. Bülbüloğlunun sözlərinə görə, Rusiyada Naxçıvanın yubileyinin keçirilməsi rəmzidir, ona görə ki, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edir, burada bir çox həmvətənlərimiz yaşayır və buranı doğma diyar hesab edirlər.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva öz çıxışında təntənəli tədbirin keçirilməsində göstərdiyi köməyə görə MDBMİ-nin rəhbərliyinə təşəkkür edib.

"Bu il Naxçıvan MR-in 85 ili tamam olur. Bu tarix Azərbaycanda geniş şəkildə qeyd edilir və bu gün də Moskvada qeyd edilir. Bizim qürürlandığımızı nümayiş etdirmək imkanımız var. Minillik tarixi olan Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Onun görkəmli oğulları yalnız bu məmləkətin tarixində iz qoymayıblar, onlar həm də dünya şöhrəti qazanıblar. O, özündə bir çox açılmayan sirləri qoruyur. Bu həm Nuhun, həm də digər əfsanəvi personajların tarixidir. Bu gün Naxçıvan yeni iqtisadiyyatı, infrastrukturu, körpüləri, yolları, məktəbləri və xəstəxanaları olan müasir məmləkətdir", - Leyla Əliyeva deyib.

O, alqış sədaları altında hər kəsi Naxçıvana dəvət edib.

Naxçıvan MR-in Baş nazirinin müavini Təranə Quliyeva Muxtar Respublikanın tarixi və bu günü, onun iqtisadi və sosial-mədəni inkişafı barədə danışıb.

Azərbaycan Parlamentinin deputatı Elmira Axundova Naxçıvan və Heydər Əliyev haqqında "Naxçıvan Heydər Əliyevi, Heydər Əliyev Naxçıvanı xilas etdi" adlı məruzə ilə çıxış edib. Bu məruzədə o, Heydər Əliyevin Naxçıvanda keçirdiyi 3 il və keçən əsrin 90-cı illərinin əvvəllərindəki ağır vəziyyətdə onun keçdiyi yollar barədə Moskva auditoriyasına məlumat verib.

"Naxçıvanda XVIII əsrin sonları - XIX əsrin əvvəllərindəki tarixi hadisələr"ə həsr edilən geniş məruzə ilə yazıçı Rudolf İvanov çıxış edib. O, bu qədim məmləkətin tarixi barədə bir çox kitab nəşr edib.

Moskva Dövlət Universitetinin Aanalitik İnformasiya Mərkəzinin eksperti Aleksandr Karavayev tədbir iştirakçılarına Naxçıvanın iqtisadi həyatının xüsusiyyətləri barədə danışıb.

Xəbər lenti

Xəbər lenti