...

Gürcüstanda A/H1N1 virusundan altıncı ölüm faktı qeydə alınıb

Siyasət Materials 21 Dekabr 2009 15:47 (UTC +04:00)
Bu gün Gürcüstanda 32 yaşlı qadın "donuz qripi"ndən ölüb. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin verdiyi məlumata görə, o, süni nəfəs aparatına qoşulduğu Zuqdidi çoxprofilli xəstəxanasında dünyasını dəyişib.
Gürcüstanda A/H1N1 virusundan altıncı ölüm faktı qeydə alınıb

Gürcüstan, Tbilisi, 21 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstanda 32 yaşlı qadın "donuz qripi"ndən ölüb. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin verdiyi məlumata görə, o, süni nəfəs aparatına qoşulduğu Zuqdidi çoxprofilli xəstəxanasında dünyasını dəyişib.

Qadının iki uşağı qalıb. Həkimlər deyirlər ki, o, xəstəxanaya gec müraciət edib və qripdən sonrakı ağırlaşma artıq sağalmaz olub.

Bu artıq Gürcüstanda A/H1N1 virusundan altıncı ölüm faktıdır.

Mərkəz növbəti dəfə əhalini həkimlərə vaxtında müraciət etməyə çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti